07.09.2022
06 sentyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Kitabxana və Şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycanın xalq yazıçısı Yusif Vəzir Cəmənzəminlinin anadan olmasının 135 illiyi ilə əlaqədar "Bir gəncin dəftəri" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Şəhər kitabxana filialının multimedia mütəxəsisi Kəmalə İsmayılova açaraq yazıçı haqqında ümumi məlumat verdi. Yazıçının həyat və yaradıcılığı haqqında Mərkəzi Kitabxananın metodisti Sevinc Aşıxalıyeva danışdı. Şəhər kitabxana filialının böyük kitabxanaçısı Narıngül Quliyeva yazıçının əsərlərindən ümumi məlumat verdi. "İki od arasında " əsərindən Heydər Əliyev Mərkəzinin əməkdaşı Rəvanə Məmmədova məlumat verdi. Tədbirdə iştirak etdikləri üçün Mərkəzi Kitabxananın əməkdaşı Səidə Abdullayeva iştirakçılara öz minnətdarlıöını bildirdi. Sonda yazıçının əsərlərindən ibarət kitab sərgisinə baxış keçirildi.