07.09.2022
06.09.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Qiyaslı kənd filialında dahi şair Nizami Gəncəvinin anadan olmasının 881-ci ildönümünə həsr olunmuş kitab sərgisi keçirildi.Tədbirdə kitabxanaçı Günel Cəfərova şair haqqında danışaraq qeyd etdi ki,Nizami dünya ədəbiyyatında qabaqcıl humanist fikirləri ilə tanınan dahi söz ustasıdır.Şairin bütün əsərlərində insan adının ucalığı,böyük amallar uğrunda şərəflə yaşaması,nəcib və xeyirxah əməllər görməsi kimi məsələlərə geniş yer verilmişdir.Nizami həm də doğma yurdunu ürəkdən sevən vətənpərvər şairdir.Onun qadın qəhrəmanlarından Məhinbanu,Şirin,Nüşabə Azərbaycan torpağının namuslu və qeyrətli övladlarıdır.Vətəni sevməyənlər,yadelli düşmənlərdən qorumayanlar Nizaminin nəzərində şərəfsiz insanlardır.Nizaminin yaradıcılığı humanizm və insansevərliyi,zülmə qarşı güclü etirazı,əməkçi insana böyük məhəbbəti,xeyirin şər üzərində qələbəsinə dərin inam hissi ilə səciyyəvidir.Bu keyfiyyətlər Nizamiyə əsərlərində əbədi şöhrət qazandırmış,sənətkarı dünya ədəbiyyatının klassikləri səviyyəsinə qaldırmışdır.Sonda oxucular şairin əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar,onları maraqlandıran suallar cavablandırılmışdır.