07.09.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 N-li kitabxana filialı 06.09.2022-ci il tarixində Şuşa ili əlaqədar " Zəfərin Şuşaya apardığı yol " adlı kitab sərgisi keçirdi. Tədbiri böyük kitabxanaçı Fidan Rəcəbova aparırdı. O, qeyd etdi ki, təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş gözəllər gözəli Şuşa Qarabağın döyünən ürəyi, göz bəbəyidir. 30 illik həsrətdən sorna müzəffər ordumuzun şücaəti nəticəsində Şuşamız qaytarıldı. Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşa şəhəri artıq öz doğmalarına qovuşdu. Şuşa torpağının yetişdirdiyi məşhur insanlar Azərbaycana böyük şöhrət qazandırıblar. 44 günlük müharibədə zəfər əldə etmiş qalıb ölkə kimi həmişə bayrağımız yüksəklərdə dalğalanacaq. Sərgidə Şuşanın tarixini, mədəniyyətini, abidələrini əks etdirən kitablar sərgilənmişdir. Sonra iştirakçılar sərgi ilə tanış oldular.