25.05.2018
Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Gözün aydın Azərbaycan!” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı.
Heydər Əliyev Mərkəzinin elmi işçiləri Gülər Ellazova, Dursun Əliyeva, Gəncə şəhər 38 saylı orta məktəbin tarix müəllimi Təranə İbrahimova çıxış etdilər.
Gəncə şəhər MKS-nin 16 saylı kitabxana filialının müdiri Lyudmila Axundova "Gözün aydın Azərbaycan" başlığı altında məruzə etdi.
Tədbirdə 38 saylı orta məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edildi, eləcə də video-çarx və sərgi nümayiş etdirildi.