07.09.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 6.09.2022-ci il tarixdə dahi Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 881-illiyi ilə əlaqədar "Azərbaycan poeziyasının sönməz günəşi" başlıqlı sərgi təşkil etdi. Böyük kitabxanaçı Risalə Həsənova tədbir iştirakçılarına Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Nizami Gəncəvinin "Xəmsə" beş böyük poema - "Sirlər xəzinəsi" (1170), " Xosrov və Şirin" (1180), "Leyli və Məcnun" (1188), "Yeddi gözəl" (1196), " İskəndərnsmə" (1203) əsərləri haqda danışdı. Sonra iştirakçılar təşkil olunmuş sərgi ilə tanış oldular. Sərgidə şairin yazdığı əsərlərdən ibarət kitablar nümayiş olundu. Tədbirdə kitabxananın fəal oxucuları iştirak edirdi.