05.09.2022
05.09.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Şuşanın dahi şəxsiyyəyləri “adlı kitab sərgisi keçirdi. Kitab sərgisi Uşaq şöbəsinin kitabsevər oxucuları ilə birgə keçirildi. Kitabxananın direktoru Telli Nəsibova uşaqları salamladı və onlara Şuşanın tarixi, mədəniyyəti haqqında geniş məlumat verdi. O ,Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə yaşayış məskənlərinin, adidələrinin, məscidlərin dağıdıldığını qeyd etdi. Bu gün artıq Şuşada tikinti işləri aparılır, Şuşanın tarixi görkəmi saxlanılmaqla şəhər yenidən bərpa edilir. Venera Məmmədova kitabxananın fondunda yer alan Şuşanın sənətkarlaı, görkəmli dövlət xadimləri, şair və yazıcıları, görkəmli incəsənət və mədəniyyət xadimləri haqqında kitabları tədbir iştirakçılarının diqqətinə çatdırdı.