30.08.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteşminin 24 saylı kitabxana filialında 28.08.2022-ci il tarixində "Ölməz qəhrəman"başlığı altında l-ci Qarabağ müharibəsi şəhidi Əliyev Rövşən Nəriman oğlunun anadan olmasının 50 illiyi ilə bağlı anım günü keçirdi.Tədbiri giriş sözü ilə baş kitabxanaçı Aslanova Təranə açaraq Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Sonra Qarabağ müharibəsi şəhidi Əliyev Rövşənin keçdiyi həyat yolundan məlumat verdi və bildirdi ki, Rövşən Əliyev 30 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuşdur.Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpizli kəndindəndir.1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət pedaqoji institutunun maşınqayırma fakültəsinə daxil olmuşdur.1991- ci ilin mayında könüllü olaraq orduya yazıldı.Rövşən Əliyev Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atıldı.Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə iştirak edərkən düşmən gülləsi onun arzularla dolu qəlbini susdurmuşdur.Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.Vaxtıilə təhsil aldığı 254 saylı orta məktəb və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.Sonra söz MKS-nin səyyar şöbənin kitabxanaçısı ll-ci Qarabağ müharibəsinin şəhid bacısı Dadaşova Lalə Azər qızına verildi.O həm qardaşının,həm Əliyev Rövşənin keçdiyi həyat yolundan danışdı.Onlar ölməyiblər, sıralarımızda yaşayırlar.Oxuculardan Orucova Mədinə Faiq qızı Abdulla Qurbaninin"Vətənim uğrunda can vermişəm mən", Əhmədova Zəhra Nəriman qızı şairə Gülnarə Sadıqın "Vətən mücahidləri"şeirini,İlyasova Mədinə xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini söylədilər.Allah bütün şəhidlərimizə rəhmət eləsin.Tədbirin sonunda oxucular kitabxanaçıya bir çox suallar verdilər.