23.05.2018
23.05. 2018-ci il tarixində MKS-nin 2 saylı kitabxana filialı Gəncə şəhər 4 saylı uşaq musiqi məktəbi ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi illiyinə həsr olunmuş “100 yaşlı Cümhuriyyət” adlı ədəbi-bədii gecə keçirdi. Filialın müdiri Firuzə Yunusova Azərbaycan Xalq Cühuriyyətinin yaranması, fəaliyyəti haqqında ətraflı məlumat verdi.Şerlərlə və rəngarəng musiqi nömrələri ilə zəngin olan tədbirdə MKS-nin direktor müavini Fəridə xanım Qədimova öz ürək sözlərini bildirdi. O, məhz Gəncədə fəaliyyətə başlamış Azərbaycan Xalq Cumhuriyyətinin 100 yaşının qeyd olunduğu bu növbəti tədbiri yüksək qiymətləndirdi və iştirakçıları bu müqqədəs gün münasibətilə ürəkdən təbrik etdi,müstəqil dövlətimizin müstəqil vətəndaşları olan yeniyetmə və gənclərə öz tövsiyyələrini etdi. Gənc Vətənpərvərlər birliyinin nümayəndəsi Elçin Axundov Azərbaycan tarixinin bu şanlı səhifələrinin kimlər tətəfindən yazıldığını, bu insanları bir daha xatırlamağın önəmli olduğunu bildirdi: Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov və başqalar.Tədbirdə jurnalist İmamverdi Vəliyev çıxışını Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin fikirləri ilə bitirdi: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu.” Tədbirdə 4 nömrəli musiqi məktəbi şagirlərinin ifasında mövzuya həsr olunmuş şer və mahnılar,saz ifaları səsləndi. Məktəbli şagirdlərin İ.Əfəndiyevin “ Hökmdar və qızı” tarixi dramından hazırladığı kompozisiya göstərildi. Tədbiri iştirakçılar çox maraqla dinlədi və seyr etdilər, sonda ədəbi-bədii gecə üçün MKS-nin 2 saylı kitabxana filialının kollektivinə təşəkkürlərini bildirdilər.