Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yol hərəkəti qaydalarını öyrənək” adlı söhbət keçirilib

30.08.2022

29.08.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Qiyaslı kənd kitabxana filialında məktəblilərlə "Yol hərəkəti qaydalarını öyrənək" adlı söhbət keçirdi.Kitabxanaçı Cəfərova Günel danışaraq qeyd etdi ki,yol hərəkəti qaydalarını bilmək hər bir şəxs üçün vacibdir.Bu qaydaların yerinə yetirilməsi küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti üçün zəmin yaradır.Kiçik yaşlı məktəblilərin yol hərəkəti qaydalarını öyrənmələri onların ömürləri boyu yadda qalır.Daha sonra müxtəlif yol nişanları haqqında şagirdlərlə sorğu keçirildi.

 

62.4 KB