Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nizami Gəncəvinin anadan olmasının 881-iliyinə həsr olunmuş dəyirmi masa keçirilib

30.08.2022

29.08.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin Hacıalılı kənd kitabxana filialı Nizami Gəncəvinin anadan olmasının 881-iliyinə həsr olunmuş dəyirmi masa keçirdi.Tədbiri Hacıalılı kənd kitabxana filialının müdiri Abdullayeva Ülviyyə acaraq şairin həyatı haqqında məlumat verdi.Nizami Gəncəvi 1141 ci ildə Gəncə şəhərində anadan olmuşdur.Nizami Gəncəvi ömür boyu Gəncə şəhərində yaşamışdı.Müəllif 1209 cu ildə Gəncə şəhərində vəfat etmişdir.Sonra söz kitabxanın fəal oxucusu Yusibova Lətafətə verildi o,öz çıxışında bildirdi ki, Nizami Gəncəvi fars və ərəb dilləri başda olmaqla bir çox dilləri yaxşı bilirdi.Nizami Gəncəvi yaradıcılığına şeirləri ilə başlamışdı.Kitabxananın oxuculari Əhmədov Əmrah ,Əliyev Fariz şairin qəzəllərindən bir parça səsləndirdilər.

 

104.8 KB