Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanda dini toleratlıq mədəniyyətinin yüksək inkişafı” başlıqlı onlayn tədbir keçirilib

27.08.2022

25.08.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı dünyamızın ən aktul mövzusu olan tolerantlıqla bağlı "Azərbaycanda dini toleratlıq mədəniyyətinin yüksək inkişafı" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq Azərbaycanda toleratlığın tarixi kökləri haqqında qısa məlumat verdi. Azərbaycanda bütün dövürlərdə, ictimai-siyasi qurluşlardan asılı  olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar həmişə sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar.
Tədbirdə Az.TU-nin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi, filoloq Zəminə Novruzova, BSU-nin Azərbaycan dili və multikulturalizm kafedrasının müdiri, dosent İbrahim Quliyev və AYB üzvü Gəncə şəhər YB baş məsləhətçisi şairə, dramaturq Aləmzər Əlizadə çıxış etdilər. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, xalqımızın                xarakterik keyfiyyəti olan toleratlığın daha  da inkişaf etdirilməsi üçün  ölkəmizdə hüquqi baza yaradılmışdır. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda geniş şəkildə "Dini etiqad azadlığı haqqında" Qanunda təsbit olunmuşdur. Ölkəmizdə tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Azərbaycanda 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi qeyd edilir. Tolerantlıq Azərbaycanda ta qədim zamanlardan mövzuddur. Həmçinin tədbirdə tolerantlıqla bağlı qəbul edilmiş Fəaliyyət Planı, bəyannamələr, keçirilmiş  Dünya  Dini Liderlərinin Bakı  Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan da danışıldı. Ölkəmizdə xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin  nümayəndələri tarix boyu bizlərlə  yaşamışlar. Hətta I və II Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda bizlərlə birgə vuruşan müxtəlif dinlərin nümayəndələrinin göstərdiyi qəhrəmanlıqdan  da söhbət açıldı. İşğaldan azad edilmiş torpaqlarda dağıdılmış dini  məscidlərlə yanaşı digər dinlərə mənsub olan kilsə və abidələr dövlət tərəfindən bərpa edilməsi qeyd edildi. Tədbirdə bədii ədəbiyyatımızda dini tolerantlıq mövzusunda yazılmış ta qədimdən bu günə qədər olan ən maraqlı əsərlər haqqında da ətraflı məlumat verildi. 
Tarixən ölkəmizdə formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilmişdir. Tədbiri keçirmək  də məqsədimiz gənc nəsli digər dinlərin nümayəndələrinə və dinlərinə hörmətlə yanaşmağı təbliğ etməkdir.

 

1.2 MB