27.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 26.08.2022-ci il tarixində Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə “Milli sərvətimiz muğam” adlı tədbir keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək Azərbaycan xalq musiqisinin əsasını təşkil edən muğam haqqında söhbət etdi. Elza Əliyeva bildirdi ki, milli-mənəvi sərvətimiz olan muğam kimlərsə tərəfindən bəstələnən melodiyalardan ibarətdir və ümumilikdə muğam sənəti anonimdir, onun müəllifi müxtəlif fərdlər yox, xalq özüdür. Muğamı, adətən tarzən, kamançaçı, xanəndədən ibarət trio ifa edir. Söhbət zamanı Elza Əliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanın tarixi və klassik musiqisi kimi muğam sənətimiz 2003-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən də danışdı. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.