Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “Muğam aləmi” adlı kitab sərgisi təşkil edilib

25.08.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu Zalı 25.08.2022-ci il tarixində
Beynəlxalq Azərbaycan Muğam Günü ilə əlaqədar olaraq  “Muğam aləmi” adlı kitab sərgisi təşkil edildi.
Oxu Zalının böyük kitabxanaçısı Əfsanə Bağırova milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan muğamlarımızin inkişafı, milli səs irsimizin qorunması və gələcək nəsillərə çatdırılması, milli musiqi xəzinəmizin dunya miqyasında təbliği haqqında yetişməkdə olan gənc nəslə geniş məlumat verdi. Muğam Azərbaycanın qədim musiqisi olub, 1975-ci ildə YUNESKO tərəfindən  “Musiqi mənbələri” seriyasına daxil edilmişdir.
   Sərgidə Azərbaycan muğamına olan böyük diqqət və qayğını nəzərə alaraq ilk dəfə nəşri həyata keçirilən Muğam ensiklopediyası" nın "Azərbaycan xanəndələri" səs kolleksiyası:  ( "Qarabağ xanəndələri", "Muğam dəstgahlan", "Gənc xanəndələr", "Ustad xanəndələr"  adlı 5 CD albom) və "Muğam ensiklopediyası" elektron multimedia DVD , həmçinin Zöhrabov R. “Azərbaycan muğamları”, Hacıyeva M. ”Azərbaycan muğam fəlsəfəsi”, Hidayətqızı S. “Muğam qəsri”, Şuşinski F.”Azərbaycan musiqi xəzinəsi”, İzahlı muğam lüğəti”, və s. kitablar  muğam sənətinin inkişafında böyük xidmətləri olan görkəmli xanəndələrin audiovizual  nəşrləri  və döxri mətbuat matirialları nümayiş olundu.

 

287.4 KB