23.05.2018
MKS- nin 6 saylı Gənclər kitabxana filialında 23.05.2018- ci il tarixdə “Şərqin ilk Demokratik Cümhuriyyəti” başlığı altında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı Ədəbi-bədii Kompozisiya keçirildi. Kitabxananın müdiri Məryam Məmmədova tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Xalq Cumhuriyyətinin haqqında məlumat verdi. O, qeyd etdi ki, 1918-ci ildə Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Kitabxana ilə yaxından əməkdaşlıq edən 42 saylı tam orta məktəbin müəlliməsi Rahilə Əliyeva Cümhuriyyətin Gəncədən keçən yolu haqqında geniş məlumat verdi. Gəncənin görkəmli dövlət xadimlərinin azadlığımız uğrunda apardıqları siyasətdən danışdı .Məktəbin Uşaq gənclər birliyinin təşkilatçısı Esmira Məmmədova 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslər haqqında danışdı. Şagirdlərdən Aysu Ələkbərova, Fatimə Vəliyeva, Gülnur Əliyeva Zəhra Abbasova azadlıq, müstəqillik haqqında yazılmış şerlər söylədilər. Sonda iştirakçılar mövzuya həsr olunmuş kitab sərgisilə tanış oldular.
Tədbirdə 42 saylı orta məktəbin müəllim, şagird kollektivi və kitabxananın daimi oxucuları iştirak etdi.