Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa-2022” başlığı altında dəyirmi masa keçirilib

25.08.2022

24 avqust  2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Almalıq kənd kitabxana filialında “Şuşa-2022” başlığı altında dəyirmi masa keçirildi. Almalıq kənd kitabxana filialının müdiri Mehralıyev Adil Şuşa şəhəri haqqında tədbir iştirakçılarına məlumat verdi.

Tədbirdə  Kəlbəcər rayon 34 saylı tam orta məktəbin müəllimi Məmmədova Nailə, fəal oxuculardan Ziyyədin Mirzəyev, Elbəyi Orucov çıxış edərək bildirdilər ki, təbiəti dillərə dastandır Şuşanın, səfalı yaylaqları, füsunkar Cıdır düzü, soyuq, xeyirli, dumduru İsa bulağı, Turşsuyu Şuşanı bütün dünyaya tanıtdırmasından,   İsa bulağı Azərbaycan təbiətinin nadir incilərindən biri,  Cıdır düzü  isə Şuşanın daha yüksək dağ hissəsi olmasından , Azərbaycan bütöv bir bədəndirsə, Şuşanın onun ürəyi,  xalqın qürur və fəxarət mənbəyi olmasından danışdılar. 

Tədbirdə  tarzən  Həmid Əzizbəyli, Xanəndə İsmayılov Elmanın  ifasında “Qarabağ şikəstəsi” , “Şuşanın dağları” mahnıları  ifa olundu.

 

74.3 KB