25.08.2022
24 avqust 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı, Mədəniyyət Mərkəzi və Tarix-diyarşünaslıq muzeyinin iştirakı ilə Ballıqaya faciəsinin 30-cu ildönümü ilə əlaqədar "Qisası Alınan Ballıqaya" adlı dəyirmi masa keçirildi. Tədbirdən ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva açaraq erməni terrorçu quldur birləşmələri tərəfindən törədilən və tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamı haqqında ümumi məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova Şəhər Kitabxana filialının əməkdaşı Kəmalə İsmayılova məruzə ətrafında çıxışlarını davam etdirdilər.