Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gəlin kitab oxuyaq” başlıqlı kitab sərgisi keçirilib

23.08.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 23.08.2022-ci il tarixində 1saylı Gəncə Regional "Asan Xidmət" mərkəzinin könüllüləri ilə birlikdə "Gəlin kitab oxuyaq" başlıqlı kitab sərgisi keçirdi. Tədbir 1 saylı Gəncə Regional " Asan Xidmət" mərkəzində açıq havada təşkil olundu. Filialın müdiri Firuzə Yunusova oxuculara böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın mütaliənin necə mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər getmir, əksinə, bizə yeniliklər qazandırır. Sərgidə Azərbaycan ədəbiyyatı, xarici ədəbiyyat, müxtəlif elm sahələrinə aid olan kitablar nümayiş olundu. Sərgi oxucuların marağına səbəb oldu. 8 nəfər təzə oxucu kitabxanaya abunə yazıldı. Sərgidə müxtəlif yaş qruplarında olan oxucular, " Asan Xidmət" mərkəzinin könüllüləri iştirak etdilər. Oxucuları maraqlandıran suallar cavablandırıldı. Sərgini keçirməkdə əsas məqsədimiz kitabxanamızın fondunu təbliğ etmək, kitabxanaya yeni oxucular cəlb etmək və yay tətilində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinin təşkil etmək idi.

 

267.5 KB