23.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Uşaq kitabxanası 23.08.2022 ci il tarixdə Azərbaycan Xalq şairi Mirvari Dilbazinin anadan olmasının 110 illik yubileyi münasibətilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında " Kədərli şairlik yolu!"adlı şer saatı keçirdi.Tədbiri Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açdı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və çıxış üçün söz Uşaq şöbəsinin baş kitabxanaçısı Gülər Aslanovaya verildi.Gülər Aslanova " Tarixdə iz buraxanlar" adlı məruzə ilə çıxış edərək qeyd etdi ki Mirvari Dilbazinin əsas yaradıcılıq fəaliyyəti xalqla onun həyatında baş verən tarixi hadisələrlə bağlı olub.Sonra məktəbli uşaqların ifasında Mirvari Dilbazinin şerlərindən hazırlanmış " Çinara bənzər şair" adlı şeir kompazisiyası da səsləndirildi.Tədbirdə şairin kitablarından ibarət sərgidə şərgilənmişdi.