23.08.2022
23.08.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində "Unutmadıq-unutdurmarıq!-Qarabağ Azərbaycandır" adlı Füzuli və Cəbrayıl rayonlarının erməni seperatçıları tərəfindən işğal edilmə gününü unutmamaq məqsədilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tədbir iştirakçılarına 30 ilə yaxın müddətdə bu günü hər il ürək ağrısı ilə qeyd etdiyimizi və bir gün mütləq və mütləq şəkildə öz torpaqlarımıza qayıdacağımıza inandığımızı qeyd etdi. tariximizdə o böyük gün gəldi və Azərbaycanın şanlı ordusu Qarabağa daxil olaraq öz ata-baba yurdunu murdar erməni seperatçılarından təmizlədiyini və şanlı bayrağımızı oraya sancdığımız haqqında məlumat verdi. Biz tariximizdə bu cür hadisələrin təkrarlanmaması üçün daim tariximizi xatırlamalı və xatırlatmalı olduğumuzun vacibliyini dilə gətirdi. Onu da qeyd etdi ki, bu gün nə sevindirici haldır ki, artıq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dünya standartlarına cavab verən Füzuli hava kimanının açılışında iştirak edir Qarabağın infrastrukturunun bərpası üçün layihələrin həyata keçirilməsinə birbaşa nəzarət edir. Çıxış üçün söz alan Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Afərin Namazova mövzu ətrafında çıxışını davam etdirdi. Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.