27.05.2018
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filiallı 27 may 2018- cı il tarixdə 28 May Respublika günü münasibəti ilə “Azərbaycan xalqının tarixində parlaq səhifə” başlığı altında söhbət keçirildi.
Tədbirdə kitabxananın fəal oxucuları , o cümlədən 16 saylı orta məktəbin müəlliməsi Səbinə Məmmədova və VIII-sinif şagirdləri iştirak edirdi.Tədbiri açıq elan edən 12 saylı kitabxana filialının böyük kitabxanaçısı Fidan Rəcəbova qeyd etdi ki, artıq bir neçə gündən sonra Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyni qeyd edəcəyik. 1918-ci ilin may ayında qurulan bu dövlət o vaxt çox ağır, məşəqqətli bir dövrdə formalaşmışdı və 28 May- Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmlş bir gündür.
16 saylı orta məktəbin müəlliməsi Səbinə Məmmədova öz çıxışında qeyd etdi ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar imperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.Bu respublika azərbaycanlıların tarixi yaddaşına Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdu...
Sonda kitabxananin böyük kitabxanaçisi Fidan Rəcəbovanin “Azərbaycan Demokratik Respublikasinin 100 illiyi” başliği altinda təşkil etdiyi sərgiylə tədbir iştirakçilari yaxindan taniş oldular.