Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyamıza işıq saçan körpələr”

19.11.2017

19 noyabr 2017-ci il tarixdə MKS-nin 11 saylı kitabxana filialı Beynəlxalq Uşaq hüquqları günü münasibətilə Sos uşaq kəndində “Dünyamıza işıq saçan körpələr” başlıqlı görüş keçirdi.
Tədbiri aparıcı Fidan Böyükbabalı açaraq, Beynəlxalq Uşaq Konvensiyasının qəbul olunması haqqında məlumat verdi.
Daha sonra sözü kitabxana filialının müdiri Esmira Həsənovaya verdi. Esmira Həsənova da öz növbəsində uşaqlara öz hüquqları, öhdəlikləri və öhdəlikləri yerinə yetirmədikdə ortaya çıxan fəsadlar haqqında məlumat verdi və görüşün mahiyyətindən danışdı.
Tədbirdə həmçinin uşaq hüquqlarını özündə əks etdirən video çarx nümayiş olundu.
Uşaq incəsənət məktəbinin “Gəncə qönçələri” rəqs qrupunun “Yallı”, “Məzəli” və “Qaval” rəqsləri nümayiş olundu.
Tədbirdə həmçinin Uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında rəngarəng musiqilər bir-birini əvəz etdi. 
Uşaq incəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu.
Uşaq kitab və jurnallarından ibarət sərgi təşkil edildi.
Tədbirdə Mədəniyyət üzrə həmkarlar ittifaqının sədri Sahib Axundov, Sos uşaq kəndinin sakinləri , mədəniyyət işçiləri, metodistlər, Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi iştirak etdi.
Sonda viktorinanın qalibləri qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif olundular.