Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan Gəncliyi bu gün” başlığı altında tədbir keçirilib

23.08.2022

23 avqust 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qanlıkənd kənd kitabxana filialı “Azərbaycan Gəncliyi bu gün” başlığı altında Goranboy rayon Gənclər üçün İnkişaf və Karyera Mərkəzində tədbir keçirilmişdir. Qanlıkənd kənd kitabxana filialının müdiri Həsənova Şövkət Azərbaycan Gəncliyi haqqında tədbir iştirakçılarına məlumat verdi.

Təbdirdə GİKM Goranboy rayon Nümayyəndəliyi üzrə drektor Əliyev Elçin, Könüllülər üzrə mütəxəssis Ferzullayev Rufan,  təcrübəçi Cabbarov Nihad çıxış edərək bildirdilər ki,  44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızın azad olunması uğrunda gedən müharibədə Gəncliyimizin göstərdiyi qəhramanlıq və şücaətdən, dövlətimizin Azərbaycan Gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışdılar.

 

 

60.9 KB