Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa Azərbaycan musiqisinin məbədidir”adlı kitab sərgisi keçirilib

22.08.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Abonement şöbəsinin kitabxanaçısı Nəbizadə İlahə  Prezident sərəncamı ilə bağlı  2022-ci ilin"Şuşa ili" elan edilməsi ilə əlaqədar “Şuşa Azərbaycan musiqisinin məbədidir”adlı kitab sərgisi keçirdi.
Kitabxanaçı  Şuşa musiqisi ilə bağlı məlumat verərək bildirdi ki, Şuşa əzəldən Azərbaycanın musiqi beşiyi, mədəniyyət mərkəzlərindən biri sayılıb.Azərbaycanın tarixi mədəniyyət mərkəzlərində olan Şuşa Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhərdir.Şuşa Azərbaycanın bəlkə də yeganə diyarıdır ki, xalqımız və ölkəmiz üçün bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib: Üzeyir bəy, Bülbül, Rəşid Behbudov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Vaqif, Xan Şuşinski, Yusif Vəzir Çəmənzəminli, Cabbar Qaryağdıoğlu və yüzlərlə digər belə böyük şəxsiyyətlərin vətənidir. Bu yurd yerimiz, Azərbaycan xalqına bu cür dühalar, tarixi şəxsiyyətlər, incəsənət xadimləri bəxş etmiş bu şəhər, nə qədər istəsələr də heç vaxt, heç bir vəchlə başqa bir millətin ola bilməz.

 

102.5 KB