20.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 18.08.22-ci il tarixində müxtəlif yaş qruplarından olan uşaqlarınyay tətili günlərində asudə vaxtlarının səmərəli keçirməsi, kitaba, ədəbiyyata marağını artırmaq, onları qiraət etməyə həvəsləndirmək, kitabxanaya cəlb etmək , onların dünya görüşünün və bilik dairəsinin genişlətmək məqsədi ilə “Yay tətilini kitablarla keçirək” başlığı altında mütaliə günü təşkil etdi. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova iştirakçılara mütaliənin insan həyatındakı mühüm rolundan söhbət açaraq bildirdi ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən biri olan kitablar açır. Mütaliə insanın şəxsiyyət kimi formalaşmasında, onun əqli, zehni, əxlaqi və estetik zövqünün inkişafında əvəzsiz rol oynayır. Mütaliə insanın hərtərəfli inkişafına onun mədəni səviyyəsinin və biliyinin artmasına, söz ehtiyatının zənginləşməsinə kömək edir. Xidmət zamanı milli-mənəvi dəyərlərimizə, bədii ədəbiyyatımıza , mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq ədəbiyyatına aid bir çox kitablar sərgiləndi. Əsasən nağıllardan ibarət olan kitablar kiçik yaşlı uşaqların marağına səbəb oldu. Tədbirdə Azərbaycan ədəbiyyatı ilə yanaşı xarici ədəbiyyat da təqdim oludu. Mütaliə günü kitabxanın ətrafında olan parkda keçirildi. Xidmət zamanı kitabxanaya yeni oxucular cəlb olundu.