Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan –mənim doğma diyarım

21.05.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 saylı filialında 21 may 2018-ci il tarixdə turizmin təbliği ilə əlaqədar “Azərbaycan –mənim doğma diyarım” başlığı altında sərgi-söhbət keçirildi. Tədbiri 16 saylı filialın böyük kitabxanaçısı Mirvari Cəfərova açaraq, bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində Azərbaycanın əsl turizm mərkəzinə çevrilmişdir. Azərbaycan – gələn qonaqlar, səyahət edən turistlər üçün təkcə gözəl təbiəti, unikal tarixi abidələri, görməli yerləri, qızıl qumlu sahilləri ilə deyil, eyni zamanda dünya səviyyəli ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə də maraqlıdır. Samux rayon Qarabağlar kənd orta məktəbinin müəlliməsi Həsənova Mirvari çıxış edərək qeyd etdi ki,vətənimiz Azərbaycanı bu qədər işğallara məruz qoyan onun gözəlliyi, ecazkar təbii sərvətləri olmuşdur. Yaradanın gözəl nemətlərindən biri olan günəş il boyu öz parlaq şəfəqlərini bu diyardan əsirgəməmişdir. Buna görə vətənimiz “Odlar yurdu” adlanır. Qarabağlar kənd orta məktəbinin 8-ci sinif şagirdi Əliyeva Zeynəb öz ürək sözlərini belə ifadə etdi: “Doğulub boya-başa çatdığın, suyunu içib, nemətini daddığın, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə öyünüb, pisini özünə dərd etdiyin yurd – Vətəndir! Bu vətənin bir adı var-Azərbaycan! Azərbaycan mənim vətənimdir!”

Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar təşkil olunmuş sərgi ilə tanış oldular.