19.08.2022
17 avqust 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Almalı kənd kitabxana filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayyəndəsi, şairə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar olaraq “Xanqızı - Xurşidbanu Natəvan” başlığı altında onlayn tədbir keçirildi.
Tədbirdə Almalı kənd kitabxana filialının müdiri Nəcəfova Zenfira çıxış edərək, Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında məlumat verdi.
Tədbirdə Gəncə şəhər Maarif evinin içtimai biriliyinin sədri İmamverdi Vəliyev, Kəlbəcər rayon 9 saylı tam orta məktəbin müəllimi Rüxsarə Cabbarova, Kəlbəcər rayon 10 saylı tam orta məktəbin müəllimi Almaz Muxtarova, Gəncə Maarif evinin ədəbi məclisinin təşkilatçısı Aytac Əsgərova çıxış edərək bildirdilər ki, Xurşidbanu Natəvanın Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət qazanan nadir istedad olmasından, ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi böyük klassiklərin əsərlərini mutaliə etməsindən və onların yaradıcılığından bəhrələnməsindən, Natəvan kasıblara, kimsəsizlərə əl tutmağından, Şuşaya su çəkdirməsindən, onun həm də qorxmaz, məğrur bir olmasından danışdılar