19.08.2022
17 avqust 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qanlıkənd kənd kitabxana filialında “Qadın zorakılığına yox deyək” başlığı altında dəyirmi masa keçirildi.
Qanlıkənd kənd kitabxana filialının müdiri Həsənova Şövkət çıxış edərək, tədbir iştirakçılarına qadınlara edilən zorakılıq və onların bilmədikləri hüquqları haqqında məlumat verdi.
Tədbirdə Goranboy RİH-nin baş məsləhətçisi Ziya Aslanov, Goranboy RPŞ-nin İTB-nin sahə rəisi, polis Baş leytinant Əhmədov Vahid Mahmud oğlu, polis baş serjantı Məmmədov Mahir Elşən oğlu, Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova, Sosial-Pedaqoq Həsənova Südabə çıxış edərək bildirdilər ki, qadın hüquqlarının pozulması deyəndə ilk olaraq ağıla şərq cəmiyyəti gəlir. Dini bilgilərini Qurandan deyil, xurafatlardan alan insanlar qadınlara nifrət edir, onları evdə saxlamağa, insanlarla ünsiyyətini məhdudlaşdırmağa, təhsildən və s. kimi haqlarından məhrum etməyə çalışmalarından, qadınlara göstərilən zorakılıqlardan, qadın sevilərsə bu cəmiyyətə gözəl tövhələr verə bilməsindən, qadınlarımızın istənilən sahədə uğur əldə etməsindən, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışdılar.