19.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 18.08.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti günü münasibəti ilə dəyirmi masa təşkil olundu.Tədbirdə Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdi.Tədbirdə ilk olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Şəbnəm Bağırova Sərhədçilər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Tədbirdə Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasından, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasından, vətənimizin keşiyində hər zaman ayıq- sayıq durduğundan geniş söhbət açıldı.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtdan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək, sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısıyla əhatə etmişdir. Bugun Ulu Öndər Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə -gündüz sayıqlıqla qoruyur, Azərbaycanın müqəddəs sərhədlərii etibarlı və inamlı əllərdədir.