19.08.2022
19.08.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Xalq şairi Mirvarid Dilbazinin anadan olasının - 110 illiyi münasibəti ilə “Tarixdə iz buraxanlar” başlığı altında dəyirmi masa keçirdi.
Dəyirmi masa Uşaq şöbəsinin fəal oxucuları ilə birgə keçirildi.
2022-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 110 ili tamam olur. Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil etmişdir. Şairin çoxsaylı lirik əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.
Tədbir məktəblilərin söylədikləri şeirlərlə başa çatdı.