19.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan Yaradıcılıq Evinin kollektivi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialının əməkdaşları ilə birgə 19.08.2022-ci il tarixdə Narkomaniya ilə mübarizə çərçivəsində "Gəncləri pis vərdişlərdən qoruyaq" mövzusunda söhbət keçirdi. İlk öncə Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yaradıcılıq Evinin direktoru Əliağa Zeynalov tədbir iştirakçılarını salamladı və çıxış edərək bildirdi ki, zərərli vərdişlər insanın beyninə yara kimidir. Onların müalicəsi aparılmadıqca, o yara sağalmadıqca hansısa qabaqlayıcı hərəkətlər zərərli vərdişlərin tərgidilməsinə səbəb ola bilməz. İstər siqaret olsun istər narkotik olsun, istərsə dərman qəbul, spirtli içki və s. əsasən cavan nəsli hədəf alır. Zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyətini və düşüncələrini dəyişməlidir.
Yaradıcılıq Evinin metodisti Pərvin Səfərova və kütləvi işçısi Kəmalə Nəsibova mövzu ətrafında çıxış etdilər.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialının böyük kitabxanaçısı Risalə Həsənova gənclərə öz vaxtlarını kitab oxumaqla, faydalı işlərlə məşğul olaraq səmərəli keçirmələrini tövsiyyə etdi.
Tədbirdə ərazinin gənc sakinləri iştirak edirdi.