Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Film günləri”

26.05.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində “Film günləri” davam edir. Hər həftənin altıncı günləri kitabxanada “Film günü” keçirilir. Məqsədimiz uşaqlarda Azərbaycan cizgi filmlərinə marağı artırmaq, onlarda cizgi filmlərindəki qəhrəmanların dili ilə düzgünlük, dostluq, vətənpərvərlik, yalandan uzaq olmaq və s. hissləri aşılamaqdır. Uşaqların böyük sevinclə gəldiyi Film günündə onlar Gülzar İbrahimovanın “Qızılcan” nağılı əsasında çəkilmiş cizgi filminə tamaşa etdilər. Tədbirdə 43 uşaq iştirak edirdi.