Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Tariximizin fəxri Xurşidbanu Natəvan” adlı söhbət keçirilib

17.08.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 17.08.2022-ci il tarixində Azərbaycanın klassik şairi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş " Tariximizin fəxri Xurşidbanu Natəvan" adlı söhbət keçirdi. Tədbiri filialın böyük kitabxanaçısı Kifayət Məmmədova açaraq şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. O qeyd etdi ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olan qadın şairlərdəndir. Xurşidbanu lirik şair və rəssam kimi şöhrət tapmışdır. Camaat arasında Xan qızı adı ilə tanınan Natəvan xeyirxahlığı, xeyriyyəçiliyi, əliaçıqlığı, yoxsullara kömək etməsi, incə, lirik şeirləri, yaşadığı Şuşa şəhərinin abadlığına, ədəbi-mədəni həyatının canlanmasına böyük zəhmət  və vəsait  sərf etməsi ilə xalqın böyük məhəbbətini qazanmışdır. Natəvanın bir sıra şeirlərinə mahnılar bəstələnib. Onun adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və muzeylərimizdə saxlanılır. Tədbirdə filialın oxucuları iştirak etdilər. Sonra tədbir iştirakçısı Fatimə Məmmədova şairənin " Eylər" rədifli qəzəlindən bir parça söylədi. Tədbirin sonunda böyük kitabxanaçı Kifayət Məmmədova " Xurşidbanu Natəvan-190" başlıqlı sərgi ilə oxucuları tanış etdi.

 

144.7 KB

 

148.4 KB