Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ” Şairəm bizim elin” başlıqlı ədəbiyyat saatı keçirilib

17.08.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 17.08.2022-ci il tarixdə Azərbaycanlı şairə, tərcüməçi, Azərbaycan SSR ilk xalq şairəsi, Azərbaycan SSR Dövlət mükafatı laureatı "Şərəf Nişanı",   "İstiqlal" ordenləri ilə təltif olunmuş Mirvarid Dilbazinin anadan olmasının 110 illiyinə həsr olunmuş  " Şairəm bizim elin" başlıqlı ədəbiyyat saatı keçirdi.Tədbiri filalın kitabxanaçısı Səriyyə Abbasova açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Xalq şairi Mirvarid  Dilbazi uşaqlara vətəni sevməyi,  təbiəti,  əməyi sevməyi səsləyən şeirlərin, nəğmələrin, müəllifidir.Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq vətənin, xalqın ən ağır taleyini şeirlərinə köçürmüşdür.  Mirvarid Dilbazi 80-ci illərin sonu, 90-cı illərin  əvvəllərində o qanlı, odlu çıxışı və yazılarında Vətən oğullarını əyilməməyə, vüqarlı olmağa çağıran şeirlər yazmışdır. 
Mirvarid Dilbazi Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Tədbirdə  GDU-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin 3-cü kurs tələbəsi Nəzrin Hüseynova çıxış etdi.O qeyd etdi ki, lirik şeirləri ilə oxucu kütləsini fəth edən Mirvarid Dilbazinin bir sıra poetik nümunələrinə mahnılar bəstələnib.Həmin mahnılar bu gün də könülləri oxşayır.Yazıb-yaratdığı dövürdə Azərbaycan dilinin saflığının qorunmasına xidmət edib.
Tədbirdə 19 saylı tam orta məktəbin şagirdləri Mədinə Orucova,Məhəmmədəli Namazov şairin " Kəpənək",  "Torpaq, anamız torpaq" şeirlərini söylədilər. Sonda şagirdlər Mirvarid Dilbazinin kitabları ilə tanış oldular.

 

114.3 KB