16.08.2022
15.08.2022-ci il Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində 1993-cü ildə xalqımıza qarşı erməni mənfurları tərəfindən törədilmiş "Daşbaşı faciəsi" nin il dönümü ilə əlaqədar olaraq "Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı " mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova seminar iştirakçılarına Daşbaşı faciəsi və burada vətən keşiyində duran əsgərlərimizin və kənd sakinlərinin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilməsindən bəhs etdi. Sonda Vətən uğrunda canından keçən bütün şəhidlərin əzizi ruhu ehtiramla bir daha yad edildi. Tariximizdə bir daha bu cür faciələrin yaşanmamsı üçün kinimizi diri tutmağın vacibliyindən danışdı.