Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xan qızı - Xurşidbanu Natəvan” adlı tədbir keçirilib.

16.08.2022

15.08.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət idarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın oxu zalında Azərbaycanın görkəmli şairi Xuşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xan qızı - Xurşidbanu Natəvan” adlı tədbir keçirilib.
    Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə Azərbaycan Elmlər Akademiyasının əməkdaşı, Prezident mükafatçısı Elnur Həsənov, Respublikanın əməkdar artisti Rəhilə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Almaz Yusifqızı, Fatimə İmamquliyeva, Zülfiyyə Məmmədova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktor əvəzi Gülnaz İsgəndərova, 17 saylı kitabxana-filialının böyük kitabxanaçısı Ruhiyyə Qafarova, kitabxana  işçiləri və fəal oxucular iştirak edirdi.
     Oxu zalınn kitabxanaçısı Tərifə Abbasova tədbiri açaraq bildirib ki, yaradıcılığı maraqla izlənən və sevilən görkəmli qadın şairlərimizdən biri də poeziyamızın iftixarı Xurşidbanu Natəvandır. Tərifə Abbasova Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 14 mart tarixli Sərəncamına əsasən görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin vacibliyini, eləcə də xalqımızın sevilən şairəsinin xatirəsini həmişə ehtiramla yad etdiyini vurğulayıb.
   MKS-nin direktor əvəzi Gülnaz Isgəndərova çıxışında qeyd edib ki, bədii fikrin görkəmli siması Xurşidbanu Azərbaycan mədəniyyət tarixində lirik şair və rəssam kimi şöhrət tapıb. Parlaq istedad və dövrünü qabaqlayan ideallar sahibi Xurşidbanunun ilhamla qələmə aldığı qəzəlləri Azərbaycan poeziyasının dəyərli inciləri sırasındadır. 
     Azərbaycan Elmlər Akademiyasının əməkdaşı, Prezident mükafatçısı Elnur Həsənov çıxışında vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində Şuşa şəhərinin düşmən işğalından azad olunması hər birimizə fəxarət və qürur hissləri bəxş edib. O, həmçinin qeyd edib ki, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan Şuşada yaşayıb, yaradıb və öz şeirləri ilə Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. 
    Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin şairləri çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər və şairənin şeirlərini söyləmişlər. 
    Çıxış edənlər qeyd etmişlər ki, Xurşidbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır. Füzuli poeziyasından bəhrələnən şairin qəzəllərindəki incə lirizm, dərin məzmun, yüksək emosiya onu bir sənətkar kimi zamanın yaddaşından silinməyə qoymamış, Natəvan lirikası bu gün də öz təravətini saxlamışdır
     Daha sonra Respublikanın əməkdar artisti Rəhilə Məmmədova Natavan obrazında şairənin “Neyçün gəlməz”, “Bənövşə”, ”Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı”, MKS-nin 17 saylı filialın böyük kitabxanaçısı  Ryhiyə Qafarova şairənin “Qərənfil”şeirini bədii qiraət ediblər.
   Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Gülnaz İsgəndərova bütün iştirakçılara təşəkkürünü bildirdi.
Tədbirdə Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx izlənildi. Tədbir KIV-də işıqlandırılıb.
 

 

112.6 KB

 

213.3 KB