15.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filial 15.08.2022-ci il tarixində “Azərbaycan tolerantlığın beşiyidir”adlı informasiya saatı keçirdi. Tədbirdə Vətənmüharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək “44 günlük Vətən müharibəsi Azərbaycanda yaşayan xalqların , vətənpərvər gənclərinin qəhrəmanlıq dastanı oldu”, Gəncə şəhər Tibb Kollecinin müəlliməsi Zarema Hüseynova “Azərbaycan dünyada təkcə neft və qaz deyil, həm də tolerantlıq və multikulturalizm dəyərləri ixrac edən ölkə kimi”, MKS-nin 19 saylı kitabxana filialının kitabxanaçısı Nərgiz Məmmədova “Azərbaycanda yaşayan xalqların nümayəndələrinin şəhid oğulları”, Gəncə şəhər Şah İsmayıl Xətayi adına 13 saylı tam orta məktəbin məzunu Faizə Əliquzuyeva “Tolerantlıq-insani münasibətlərə, dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərə aiddir” adlı çıxışlar etdilər. Maarifləndirmə məqsədilə keçirilən tədbir böyük maraqla qarşılandı.