15.08.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 15.08.2022-ci il tarixdə uşaqlara multikultural dəyərlərə hörmətlə yanaşmağı təbliğ etmək məqsədilə həm də yay tətillərini nəzərə alaraq Azərbaycan poeziyasının Dahi karifeyi Nizami Gəncəvinin hələ XII əsrdə ölkəmizin bu adət -ənənələrə sadiqliyini göstərən "Slavyan gözəlinin hekayəti" adlı nağıl saatı keçirdi. Nağılı uşaqlara danışan kitabxanaçı Sevil Əliyeva Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında multikultural dəyərlərə ta qədim zamandan xalqımız hər zaman böyük hörmətlə yanaşmış və az saylı xalqlarla birgə yaşayışa böyük önəm verdiyini söylədi. Bu isə Azərbaycan xalqının böyüklüyündən mədəniyyətindən və xeyirxahlığından irəli gəlir. Bu gün də xalqımız bu adət və ənənələrə sadiqliyini nümayiş etdirir. "Slavyan gözəlinin hekayəti"ndə də dürüst gənc öz bacarığı, ağlı və cəsarəti ilə öz arzusuna nail olur. Çünki o ahıl bir qocanın ona verdiyi nəsihətlərə qulaq asır və əməl edir. Bu isə gəncə baş ucalığı gətirir. Bu hekayətin ideyası onu göstərir ki, rəngindən, irqindən, dinindən, mənsub olduğu təbəqədən, cinsindən asılı olmayaraq hər kəs insandır. Bizimlə birgə yaşayan vətəndaşlarla dostluq, əmin amanlıq şəraitdə yaşamaq, onların dininə, dilinə, adət və ənənələrinə hörmətlə yanaşmaq bizim vətəndaşlıq borcumuzdur. Çünki II Qarabağ Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində neçə -neçə az saylı xalqların nümayəndəsi şəhidlik zirvəsinə ucaldı. Hətta onların içərisində Milli Qəhrəman adını alan da var. Deməli ölkəmizdə bu adət və ənənələrə sadiqlik bu gündə də davam etdirilir. Hər bir vətənpərvər yeniyetmə vətənə sevgisini belə göstərə bilər. Kitabxanaçı sonda qeyd etdi ki, "Yeddi gözəl" əsərində bu mövzuda xeyli hekayətlər var. Bu hekayətləri oxumağı sizlərə tövsiyə edirəm. Sonda kitabxanaçı uşaqları maraqlandıran sualları cavablandırdı.