Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ey dost” adlı dəyirmi masa kecirilib

15.08.2022

15.08.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Lək kənd kitabxana filialı Lək kənd Sənətkarlıq evinin işciləri,Lək kənd tibb işciləri və kənd sakinləri ilə birlikdə Azərbaycan bədii fikirinin görkəmli siması Xurşidbanu Natəvanın 190 illik yubleyi ilə bağlı "Ey dost" adlı dəyirmi masa kecirdi.Tədbiri Lək kənd kitabxanasının mudiri Sevinc İsmayılova açaraq, Xan qızı-Xursidbanu Natəvanın həyatı haqqında tədbir iştirakcılarına məlumat verdi .Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı,Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1932-ci ildə Şuşada abadan olan bu qız ailənin yeganə övladı və Qarabağ xanlığının sonuncu vərəsəsi olduğu ücün onu sarayda "Tək inci" cağırırdılar.Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya kecir. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı.O, təkcə yazdığı şerlərlə deyil, xeyirxahlığı ilə də ad cıxartmışdı.Kasıblara,kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su cəkdirmişdi.Onun cəkdirdiyi bulaq"Xan qızı" bulağı adı ilə məşhur idi. Lək kənd kitabxana filialının kitabxanaçısı İlahə Nəbiyeva cıxış edərək bildirdi ki, Xurşidbanu Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ,Azərbaycan ədəbiyyatı tarixində diqqətə layiq yer tutan söz ustalarındandır. Lək kənd Sənətkarlıq evinin bədii rəhbəri Bahar Mehdiyeva Xurşidbanu Natəvanın yaradıcılığını həmişə diqqət mərkəzində saxlayan dövlətimiz,onun xatirəsini əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata kecirilmişdi.Bu gün şairəmizin büstü yenə də Şuşada ucalır. Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin qərarı ilə görkəmli şairə və xeyriyyəci Xurşidbanu Natəvanın 190 illiyi dövlət səviyyəsində qeyd olunur.

 

84.3 KB