15.08.2022
Gəncə regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 13.08.2022-ci il tarixdə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyan Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibəti ilə “Qarabağ xanlığının sonuncu varisi” adlı şeir gecəsi keçirdi.
Tədbiri açan kitabxana filialının müdiri Səkinə Hacıyeva qeyd etdi ki, 30 ilə yaxın Bakı İncəsənət Muzeyində saxlanılan, gülləbaran edilən Xurşidbanu Natəvanın büstü düşməndən azad edilən Qarabağa mədəniyyət paytaxtımız Şuşaya qaytarıldı
İlk vaxtlar “Xurşid”, 1870-ci ildən isə “Natəvan” təxəllüsü ilə yazan istedadlı qadın şairə məhəbbət, təbiət gözəlliklərinə “Gülün” , “Qərəfil”, oğlunun ölümündən sonra bədbin ruhlu “Eylər”, “Gətirir”, “Mən idim”, “Sən idin”, “Bənzətdim” və “Ölürəm” qəzəllərini yazıb. Şairəlikdən başqa gözəl rəssamlıq qabiliyyəti də olub.

Şuşada təşkil etdiyi “Məclisi-üns” ədəbi məclisinə rəhbərlik etmiş, şəhərin inkişafında və müasirləşməsində əvəzsiz rolu olmudur. Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyanXurşidbanu Natəvan “Xan qızı” ləqəbini ömrünün sonuna qədər böyük məsuliyyət və ləyaqətlə daşımışdır.
Tədbirdə iştirak edənkitabxanın feal oxucuları şairənin Qərənfil şeirini söylədilər.