12.08.2022
12.08.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə "Azərbaycan gəncləri bu gün" başlıqlı onlayn görüş keçirdi. Görüşü filialın müdiri Rahilə Qasımova açaraq hər kəsi salamladı və 1 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə təbrik etdi. Beynəlxalq Gənclər Gününün yaranması haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi İdman sektorunun müdiri Vüqar Xəlilov, C. Naxçıvanski adına hərbi liseyin ideoloji iş və mənəvi-psixoloji təminat şöbəsində bədii qiraət, natiqlər dərnəyinin rəhbəri Gülsəda Aman, II Qarabağ Vətən müharibəsinin iştirakçısı qəhrəman Cəfər Məmmədov, 29 saylı tam orta məktəbin məzunu Brussel şəhərində yerləşən Vrij universitetinin sosial elmlər üzrə tələbəsi Kamran Yusifzadə, YB üzvü Gəncə YB-nin baş məsləhətçisi, şairə, dramaturq Aləmzər Əlizadə çıxış etdilər. Görüşdə çıxış edənlər ilk öncə qeyd etdilər ki, bu gün ölkəmizdə gənclər yüksək vətənpərvərlik ruhuna malikdir. Gənc nəslin vətənpərvərlik ruhda tərbiyəsi onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir. Gənclərlə bağlı 2002-ci ildə "Gənclər siyasəti haqqında" qəbul edilmiş Qanunun əhəmiyyətindən danışıldı. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırmışdır. Tədbirdə Ulu öndərin bu sözləri də söylənildi: "XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrüdür" Bu gün gənclərimiz dünyanın ən inkişaf etmiş ölkələrinin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu uğurlar ölkəmizdə gənclərin inkişafı üçün qəbul edilmiş beş Dövlət Proqramının, keçirilən Azırbaycan gəncləri forumlarının təzahürüdür. Tədbirdə çıxış edən İdman İdarəsinin nümayəndələri son illərdə Gəncə idmançılarının əldə etdikləri çox böyük uğurlardan danışdılar. Bu isə dövlətin idmana və idmançılara göstərdiyi qayğının nəticəsidir söylədilər. Tədbirdə II Qarabağ Vətən müharibəsidə gənclərin qəhrəmanlığından, cəsarətindən danışıldı. Bu böyük qələbəni bizə yaşatdıqlarına görə Ali Baş Komandana və gənclərimizə minnətdarıq. Bu gün bütün sahələrdə gənclər önə çəkilir. Qəbul edilmiş "2015-2025-ci illər üçün Azərbaycan gənclərinin inkişaf strategiyası" bunun sübutudur. Sonda tədbir iştirakçıları gənclərə bol-bol uğurlar arzuladılar.