12.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə “Gənclər gələcəyimizin qurucularıdır” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin könüllü gəncləri iştirak ediblər.
Tədbirdən əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru Arif Marifli gəncləri təbrik edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir"- deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında gənclərin ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin İctimayyətlə əlaqələr üzrə mütəxəssisi Fəxrəddin Əli çıxış edərək bildirib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin əsas fəaliyyəti gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlix təlimlər, təhsil və təcrübə proqramlarına onları cəlb etmək, gənclərin karyera və peşə seçimlərini artırmaq və inkişaf etdirmək, gənclərin sosiallaşmasına şərait yaratmaq, gənc istedadları üzə çıxartmaqdan ibarətdir.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, bələdçisi Sevinc Bədəlova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin könüllüləri Firuzə Rzazadə, Anaxanım Rzazadə, Sevinc Sayadova çıxış edərək bildiriblər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz həmin siyasətin, gənclər siyasətinin uğurla davam etməsinin nəticəsidir ki, Azərbaycanda çox güclü, vətənpərvər gənclər ordusu formalaşıb. Biz bu gücü, qüvvəti, vətənpərvər gənclər ordusunun nəyə qadir olduğunu istər 2016-cı ilin Aprel döyüşləri zamanı, istər Tovuzda baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələr endirməsi ərəfəsində, istərsə də 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan gəncliyinin nə dərəcədə vətənpərvər, dövlətinə, millətinə, xalqına, eyni zamanda Ali Baş Komandanına bağlı, bütün bunlar üçün gözlərini qırpmadan ölümə getməyə hazır olduğunu gördük.