Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gənclər bizim gələcəyimizdir” mövzusunda diskussiya şəklində dəyirmi masa keçirilib

12.08.2022

12 avqust 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Şəhər Kitabxana filialı, Gənclər Karyera və İnkişaf Mərkəzi və rayon gənclərinin iştirakı ilə 12 avqust- Beynəlxalq Gənclər Günü münasibətilə "Gənclər bizim gələcəyimizdir" mövzusunda diskussiya şəklində dəyirmi masa keçirildi. Tədbiri Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova açaraq bildirdi ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Mərkəzi Kitabxananın əməkdaşları Gülnar Nəcəfova və Ülviyyə Kazımova, Şəhər Kitabxana filialının müdiri Nərgiz Məmmədova, Kəlbəcər rayon 93 saylı tam orta məktəbin və Qaraçinar kənd tam orta məktəbin 11-ci sinif şagirdləri məruzə ətrafı çıxışlar etdilər, mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər.

 

307.3 KB

 

298.6 KB