12.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 12.08.22 - ci il tarixdə 12 avqust Beynəlxalq Gənclər Günü ilə əlaqədar "Azərbaycan Gəncləri bu gün" adlı söhbət keçirdi.Tədbiri aparan böyük kitabxanaçı Könül Mirxudayeva tədbiri açaraq bu gün münasibətilə gəncləri təbrik etdi və bu bayramın 1998-ci ildən qeyd olunduğunu bildirdi.Kitabxanaçı,əsası ulu öndər tərəfindən qoyulmuş gənclik strategiyası haqqında danışaraq qeyd etdi ki,məhz bu siyasi xəttin davamı olaraq Azərbaycan gəncləri gözlərini qırpmadan 44 günlük Vətən müharibəsində düşmənə heç bir zaman unutmayacağı dərs verdi.Kitabxanaçı bu gün ölkəmizin gənclərinin dünyanın müxtəlif ölkələrində aktiv oıduqlarını,bütün ümummilli məsələlərdə dövlətimizin yanında olduqlarını bildirdi.Söhbət əsnasında kitabxanaçı gənclərə fəaliyyətlərində uğurlar arzuladı və hal-hazırda ölkəmizdə aparılan islahatlarla əlaqədar savadlı,innovativ düşüncəyə malik gənclərə ehtiyacı olduğunu bildirdi.Sonda tədbirdə iştirak edən gənclərin fikirləri dinlənildi və mövzu ilə bağlı suallar cavablandırıldı.