12.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 12.08.2022-ci il tarixdə Beynəlxalq Gənclər günü münasibətilə gənclərlə görüş təşkil olundu. Tədbirdə Mədəniyyət Mərkəzinin kollektivi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux rayon üzrə numayəndəliyinin gəncləri iştirak etdi.
Tədbirdə Samux rayon Gənclər İnkişaf Karyera Mərkəzinin Samux rayon üzrə nümayəndəliyin direktoru Məmişov Kamil çıxış etdi. O diqqətə çatdırdı ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Sonrakı çıxış üçün Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Nəsibava Telliyə verildi. O, qeyd etdi ki, sosial həyatın bütün sahələrində gənclər əksəriyyət təşkil edir. Sosial həyatın bütün sahələrində gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də öz növbəsində onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.