12.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 12.08.2022-ci il tarixində “Kitablar sənin etibarlı dostundur” adlı kitab sərgisi təşkil etdi. Sərgidə bütün elm sahələrini əhatə edən kitablarla yanaşı Dünya və Azərbaycan ədəbiyyatının şair və yazıçılarının əsərləri nümayiş edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva şərgi haqqında iştirakçılara geniş məlumat verdi. “Kitablar sənin etibarlı dostundur” adlı kitab sərgisi müxtəlif yaş qrupundan ibarət olan iştirakçıların böyük marağına səbəb oldu.