12.08.2022
12.08.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı Beynəlxalq Gənclər günü münasibətilə “Gənclik sabaha ümid” adlı söhbət keçirtdi.
Tədbiri filialın müdiri Esmira Həsənova açaraq gəncləri Beynəlxalq Gənclər günü münasibəti ilə təbrik etdi və bildirdi ki, gənclər həmişə tarixdə sabaha ümid yeri olub, keçmişdə baş verənləri gələcəyə daşıyan körpü rolunu oynayıblar. Nəsillər hər zaman gəncliyə böyük ümid və inam bəsləyiblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Daha sonra tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi edildi.
Tədbirdə filialın fəal oxucuları və Məhsəti Gəncəvi Mərkəzinin əməkdaşları iştirak etdi.