12.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 12.08.2022-ci il tarixində Beynəlxalq Gənclər gününə həsr olunmuş " Sabaha inam və etimad" adlı məruzə etdi. Tədbiri filialın kitabxanaçısı Günel Tanrıverdiyeva açaraq gənclərimizi 12 avqust Beynəlxalq Gənclər günü münasibətilə təbrik etdi və qeyd etdi ki, gənclər yeni nəfəs, yeni ruhdur. Yeni düşüncə və yeni baxışdır. Müasir dövrün gəncliyi sabaha inamdır. Gənclik sağlam düşüncə ilə yenilikləri qavrayaraq, yeni bir qüvvə ilə sabaha, gələcəyə doğru addımlayır. Bu gənci belə mütəşəkkil edən ona göstərilən qayğıdır. Bu günün elan olunması beynəlxalq aləmdə gənclərə göstərilən diqqətin bir nümunəsidir. Bu gün Azərbaycan gəncliyinin səsi, sədası beynəlxalq aləmdən eşidilir. Böyük iftixarla demək olat ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Sonra tədbirdə iştirak edən fəal oxucular mövzu ətrafında öz fikirlərini bildirdilər.