11.08.2022
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, Musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rəşad Yusifovu kollektivə təqdim etmişlər.
Rəşad Yusifov öz növbəsində təşəkkürünü bildirmiş və ona göstərilən ehtimadı doğruldacağını söz vermişdir.