10.08.2022
09 avqust 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qanlıkənd kənd kitabxana filialında “Narkomaniyaya yox deyək” başlığı altında dəyrmi masa keçirildi. Qanlıkənd kənd kitabxana filialının müdiri Həsənova Şövkət
Narkomaniya ilə bağlı tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə Goranboy rayonun Yeni qəsəbə İcra Nümayyəndəliyinin müavini Əhmədov Ramal, Goranboy rayonu RPŞ-nin İTB-nın Polis sahə rəisi, Polis Baş leytinantı Əhmədov Vahid, Goranboy rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin drektoru Alxasov Sənan, Sosial işçi Süleymanova Ülkər danışaraq bildirdilər ki, narkotik vasitələrə aludəçilik, cinayyətkarlıq, zorakılıq və digər neqativ hallar üçün minbir zəmin yaradan mühüm amillərdən biri olmasından, gəncləri sosial- iqtisadi və siyasi proseslərdən uzaqlaşdırmasından, ailələrin və bütövlüklə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilməsindən danışdılar.