10.08.2022
10.08.2022-ci il tarixində Xocalı rayon Kosalar kənd Mədəniyyət evində kənd
Mədəniyyət evinin, Xocalı rayon Yaloba kənd klubunun, Xocalı rayon Başkənd kənd
klubunun, Xocalı rayon Cavadlar kənd klubunun və Kosalar kənd kitabxanasının təşkilatçılığı ilə Xurşidbanu Natəvanın 190-cı ildönümü ilə əlaqədar olaraq tədbir keçirildi.
Tədbirdə mədəniyyət müəssisələrinin işçiləri iştirak etdilər.
Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov çıxış edərək
bildirdi ki, Xurşidbanu Natəvan 1832-ci il avqust ayının 15-də musiqiçilər və şairlər
vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya
gəlmişdir. Ailədə “Dürrü yekta”, xalq arasında isə “Xan qızı” ləqəbi ilə çağırılmışdır.
Kosalar kənd kitabxanasının müdiri Tamilla Bağırova çıxış edərək bildirdi ki,
Natəvanın bir sıra vilayət və şəhərlərə səyahətə çıxması onun təfəkkür dairəsinin
genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana,